02/01/2019 13:01

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 2018-ci il ərzində 9 milyon manatadək artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna cari il yanvarın 2-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 2019-cu il yanvarın 2-dək  96 449 530 AZN, 213 577,88 ABŞ dolları, 15 136 avro və 5000 rubl vəsait daxil olub.

Silahlı Qüvvələrin Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 958 188.61 AZN, avro hesabındakı vəsait 300 avro artıb, digər valyuta hesablarında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Yardım Fonduna 1 yanvar 2018-ci il tarixədək 88 008 970,18 AZN, 212 873,88 ABŞ dolları, 9536 avro və 5000 rubl vəsait daxil olub. Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ildə 8 440 559.82 AZN, dollar hesabındakı vəsait 699 ABŞ dolları, avro hesabındakı vəsait 5600 avro artıb, rubl hesabında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.