01/10/2019 11:32

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 771 min manat artıb

Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək  103 271 100,18 AZN, 213 577,88 ABŞ dolları, 17 566 avro və 5000 rubl vəsait daxil olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fondun manat hesabındakı vəsait son bir ayda 770 817 manat, avro hesabındakı vəsait isə 300 avro artıb. ABŞ dolları və rubl hesabında artım olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.