03/12/2019 11:54

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 963 min manat artıb

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna dekabrın 3-dək 105 197 683,52 AZN, 213 577.88 ABŞ dolları, 17 566 avro və 5000 rubl vəsait daxil olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 963 135,71 AZN artıb, digər valyuta hesablarında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.