21/08/2018 12:30

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belarusa rəsmi səfərə yola düşüb

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov avqustun 21-də Belarus Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə Minsk şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.