11/03/2019 13:02

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstana gedib

Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bolqarıstan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.