23/10/2018 11:35

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə rəsmi səfərə yola düşüb

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.