25/10/2018 16:13

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailin müdafiə sənayesi müəssisələrində olub

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi müəssisələrini ziyarət edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə sənayesi müəssisələrində olan general-polkovnik N.Sadıkov hərbi təyinatlı məhsullara baxış keçirərək onların imkanları ilə tanış olub.