25/06/2016 14:29

Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışı olub – FOTOLAR

Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, binanın rəmzi açılışını bildirən lenti kəsən prezident İlham Əliyev yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.

Daha sonra Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısına burada yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait yaradılıb.

Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub.

Sonda prezident İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.

bqbina (3)

bqbina (2)

bqbina (6)

bqbina (4)

bqbina (7)

bqbina (1)