29/11/2016 21:46

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO ekspertləri ilə görüş keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ ekspertləri ilə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə Azərbaycan, Bolqarıstan, Çexiya və İsveçin hərbi tədris müəssisələrinə səfərlərin icmalı, eləcə də beynəlxalq hərbi təhsil təcrübəsinin öyrənilməsi və tətbiqi mövzularında müzakirələr aparılıb.