21/05/2018 13:37

Silahlı Qüvvələrin Hərbi Akademiyasında növbəti buraxılış olub

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub və məzunlarla xatirə şəkli çəkdirilib.