28/07/2016 12:41

Silahlı Qüvvələrin kadr orqanı işçilərinin təlim-metodiki toplantısı keçirilib

Azərbaycan Silahlı Qüvvələrin kadr orqanı işçilərinin təlim-metodiki toplantısı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrin kadrlar üzrə rəisləri ilə ötən altı ayın yekunlarına həsr olunmuş toplantı keçirilib.

Tədbirdə kadr orqanlarının Müdafiə Nazirliyində mühüm xidmət sahələrindən biri olduğu qeyd edilərək ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyi xüsusi vurğulanıb.

Bildirilib ki, müdafiə naziri Silahlı Qüvvələrdə kadrlar üzrə aparılan işi yüksək qiymətləndirir və komandanlıq tərəfindən qarşıya qoyulan bütün vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyi ifadə edilib.