15/12/2017 13:30

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.

İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi   sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.