26/06/2013 07:22

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının müalicə korpusu açılıb

Azərbaycan Silahlı Qüvvələri Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. “AzeriDefence”nin məlumatına görə, açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub. Sonra prezident hospitalın baş planını əks etdirən stendə baxıb.

Dövlət başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub. Tanışlıqdan sonra Azərbaycan prezidenti hospitalın kollektivi ilə görüşüb.

Daha sonra dövlət başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış olub. Prezidentə bildirilib ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.