14/11/2017 16:31

“Silk Way Helicopter Services” şirkəti hərbi və mülki helikopterlərin təmiri üzrə lisenziya alıb

Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti “Vertoletı Rossii” şirkətindən bütün növ helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

“Dubai Airshow-2017” aviasiya sərgi və şousu çərçivəsində AZAL prezidenti Cahangir Əsgərov və “Vertoletı Rossii” Holdinqinin baş direktoru Andrey Boqinski arasında görüş keçirilib.

“Danışıqların yekunlarına əsasən Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb”, – deyə məlumatda qeyd olunub.