17/04/2017 16:00

Şimali Koreya ballistik raketin sınağını keçirib

Şimali Koreyanın növbəti raket sınağı gözləndiyi kimi uğurla nəticələnməyib.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi xəbərə görə, Şimali Koreya Ordusu adı açıqlanmayan raketini sınaqdan keçirib.

ABŞ və Cənubi Koreya hərbi rəsmilərinin verdiyi məlumata görə, ölkənin şərqindəki liman şəhəri Sinpo yaxınlarından bazar günü atılan raket qısa bir müddət sonra havada partlayıb.

ABŞ Sakit Okean Komandanlığından verilən açıqlamada da, raketin demək olar ki, dərhal partladığı bildirilib.

Raketin hansı tip olduğunun başa düşülməsi üçün araşdırmaların davam etdiyi vurğulanıb.

Qeyd edək ki, Şimali Koreyanın ötən ilin aprelin 15-də keçirilən raket sınaqları da uğurla nəticələnməyib. Raket nəzərdə tutulan məsafəni qət etmədən Yapon dənizinə düşüb.