18/04/2017 18:51

Şimali Koreya yeni tankını nümayiş etdirib – FOTOLAR

Şimali Koreya Respublikası yeni modernləşdirilmiş “Çonma-216” tankını nümayiş etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, tankın görüntüləri hərbi paradda meydana çıxıb.

Mütəxəssislərin araşdırmasına əsasən, bəlli olub ki, tank modul üzərində quraşdırılmış avtomatik qumbaraatan, qüllənin yan hissələrində “Bulsae-3” tank əleyhinə idarə olunan raket (TƏİR), HT-16PGJ daşınan zenit-raket kompleksi, yaxudda buna bənzər yerli silahla təchiz olunub.

“Çonma-216”nın texniki xarakteriskası barədə əlavə məlumat isə əldə etmək mümkün olmayıb.