11/09/2018 16:18

Şimali Koreya yeni TƏİR kompleksini nümayiş etdirdi

Şimali Koreya Respublika Günü münasibəti ilə paytaxt Pxenyanda keçirilən hərbi paradda yeni özüyeriyən tank əleyhinə raket kompleksini nümayiş etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, 6×6 təkər formuluna malik zirehli maşının şassisi üzərinə inteqrasiya olunan TƏİR səkkiz konteynerlə dəstləşdirilib.

Görüntülərindən məlum olduğu qədər Şimali Koreyanın yeni TƏİR kompleksi Yaponiyanın “Tip 96”, İsrailin “Spike-ER”, Çinin AFT-10, Serbiyanın ALAS uzaqvuran tank əlehinə raket komplekslərinin analoqudur.