09/06/2017 11:01

Şimali Koreya yeni tipli raketlərin sınağını keçirib

Şimali Koreya yeni tipli gəmi əleyhinə qanadlı raketlərin sınağını keçirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Ryonxap” agentliyinin yaydığı xəbərdə bildirilib.

Şimali Koreya lideri Kim Çen İnin şəxsən izlədiyi gəmi əleyhinə qanadlı raket 200 km məsafəni qət edərək Yaponiya yaxınlığına düşüb.

STAK mərkəzi teleqraf agentliyi xəbər verib ki, sınaqdan keçirilən yeni tip raketlər ilk dəfə cari ilin aprelində təşkil olunan paradda nümayiş etdirilib.