29/11/2017 18:18

Şimali Koreyanın növbəti raket atışına Cənubi Koreya qarşılıq verdi – VIDEO

Bu gün Şimali Koreya növbəti qitələrarası ballistik raketin sınaq atışını keçirib.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yerli məmurların sözlərinə görə, gecə saatlarında buraxılan “Xvason-15” adlı qitələrarası ballistik raketin sınağı uğurla nəticələnib.

Raket Yaponiyanın Aomori prefekturası sahilllərindən 250 kilometr aralıda dənizə düşüb.

Pxenyanın yeni raket buraxmasına cavab olaraq Cənubi Koreya quruda, dənizdə və havada raket sınaqlarını keçirib.