11/01/2019 12:12

SIMBAD-RC zenit-raket kompleksinin atış sınaqları keçirilib – VİDEO

Yanvarın 9-da Fransanın MBDA şirkəti SIMBAD-RC zenit-raket kompleksinin (ZRK) atış sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence”yə MBDA şirkətindən məlumat verilib.

Stabilləşdirilmiş SIMBAD-RC kompleksindən buraxılan “Mistral 2” raketi 3 kilometr məsafədən hərəkət edən dəniz hədəfini vurub.

SIMBAD-RC (Système Integré de Mistral Bitube d’Auto-Défense – Remotely-Controlled) ZRK-sı MBDA şirkətinin Fransa bölməsində istehsal olunub. Raket kompleksi distans idarə etməyə malikdir, çəkisi 500 kq-dır. Kompleksə “Safran MATIS SP” termal müşahidə stansiyası inteqrasiya edilib.

Kompleks RLS-dən daxil olan informasiya əsasında SMU-RC xüsusi qurğusundan idarə olunur. Kompleksin sursat arsenalı “Mistral-2” raketləridir. Raketin çəkisi 18,7 kq, atəş məsafəsi isə 6,5 km-dir.