28/01/2012 13:05

Sinqapur “Bionix II” PDM-ini silahlanmaya qəbul etdi

Singapore Technologies Automotives şirkəti tərəfindən istehsal olunmuş “Bionix” piyadaların döyüş maşınının (PDM) “Bionix II” təkmilləşdirilmiş versiyası silahlanmaya daxil edilib. Bir çox cəhətlərinə – korpus, hərəkətedici hissəsinə görə özündən əvvəlkilərdən fərqlənmir. Heyəti 2 ekipaj üzvündən və 10 döyüşçüdən ibarətdir. Korpus və maşının qülləsi modulyar zirehi bütöv lehimlənmiş polad konstruksiyaya malikdir. Desant bölməsinə giriş xüsusi qapı vasitəsilə həyata keçirilir və fövqəladə vəziyyətdə də qapı kimi istifadə oluna bilir. ”Bionix II” təkmilləşdirilmiş gündüz və gecə termik nişanə kompleksi ilə də təchiz edilib ki, bu da 3 kilometrə qədər uzaqlıqdakı hədəfin məsafəsin ölçməyə imkan verir.

1999-cu ildə “Bionix 25” modeli adında silahlanmaya daxil edilmiş bu modeldən ilk maşın 25 mm-lik avtomatik top lüləsi və 40 mm-lik silahlarla təchiz olunub. “Bionix” PDM-i ailəsinə həmçinin zirehli təmir-evakuasiya maşını daxildir. Bu maşın 25 tonluq qaldırıcı kran, 30 tonluq yükdaşıyan qurğu, kənardan idarə olunan mühəndis istehkam körpüsü ilə təchiz olunub.