28/07/2016 11:33

Şirvandakı zavodda baş vermiş partlayışda xəsarət alanlardan daha biri də evə buraxılıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

MSN-nı mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, iyulun 26-da MSN-in Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində baş vermiş partlayış zamanı xəsarət alanların səhhəti nazirlik tərəfindən diqqətdə saxlanılır:

“Son məlumatda həkim nəzarətində müalicələrinin davam etdirildiyi bildirilən üç nəfərdən biri də evə buraxılıb. Qalan iki nəfərin isə müalicəsi davam etdirilir”.