28/02/2013 11:16

Sitalçay hərbi poliqonunun ərazisi PHS-lərdən təmizlənəcək

Azərbaycanda Sovet Ordusundan qalma daha bir hərbi poliqonun ərazisində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsinə başlanacaq. Bu barədə “AzeriDefence”yə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A. Aslanovun sözlərinə görə, bu il böyük ehtimalla Sitalçay hərbi poliqonunda əməliyyatlara başlanması planlaşdırılır. Ümumilikdə bu poliqonun ərazisində 4 milyon kvadratmetrdən artıq ərazi yoxlanılacaq.

Qeyd edək ki, ANAMA tərəfindən hazırda Ceyrançöl ərazisindəki keçmiş hərbi poliqonun ərazisində təmizləmə işləri aparılır.