22/09/2018 11:42

Slovakiya- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri MSN-də olub

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə respublikamızda səfərdə olan Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Slovakiya arasında formalaşmış dostluq münasibətlərindən və müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev də iştirak edib.