25/01/2012 11:08

“Smiths Detection”dan kimyəvi təhdidlərə qarşı yeni detektor

“Smiths Detection” şirkəti yeni nəsil kimyəvi təhdid detektorunu təqdim edib. Şirkətin yaydığı məlumata görə, GUARDION adlanan bu detektor ən yüksək dəqiqliklə qazların buxarın, maye və bərk cismlərin tərkibinə nüfuz etmiş kimyəvi və zəhərli maddələri təyin edə bilir.

Şirkətin prezidenti Mal Maginnisin sözlərinə görə, GUARDION detektorunun yaradılmasında GC/MS texnologiyasının kombinasiyası və innovasiyalardan istifadə olunub. “Smiths Detection”un bu texnologiyası amerikan “Torion Technologes” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə yaradılıb.