03/08/2019 16:11

“Snayper həddi” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Belarusda keçirilən “Snayper həddi” müsabiqəsinin açılış mərasimi olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər iştirak edib.

Sonda Belarus mədəniyyət işçilərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.