09/08/2018 16:22

“Snayper həddi” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təltifetmə və bağlanış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdən sonra “Snayper həddi” müsabiqəsi bağlı elan edilib.