14/02/2014 07:24

Snayper kursları bərpa olunur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaxın vaxtlarda snayper kurslarını bərpa edəcək. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

Hazırda “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən Silahlı Qüvvələr üçün avtomobil sürücüləri və aşpazların hazırlığının həyata keçirildiyini deyən A. Rəhimovun sözlərinə görə, yaxın vaxtlarda snayper, kəşfiyyatçı və paraşütçü hazırlığı kurslarına da başlanacaq.

Xidmət rəisinin sözlərinə görə, 2013-cü ildən başlayaraq orta məktəblərdə hərbi hazırlıq dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçilməsi istiqamətində işlər aparılır.