08/05/2012 05:57

SOFEX-2012 sərgisi başladı

İordaniyanın paytaxtı Amman şəhərində SOFEX-2012 beynəlxalq xüsusi əməliyyat qüvvələri sərgisi və konfransı işə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, sərgi çərçivəsində bu gün İordaniya kralı II Abdullahın hamiliyi və İordaniya Xüsusi Əməliyyatlar Komandanlığının təşkilatçılığı ilə Yaxın Şərq Xüsusi Əməliyyat Komandanları Konfransı (MESOC) işə başlayıb.

Konfransda müxtəlif ölkələrdən xüsusi əməliyyat qüvvələri və sənaye partnyorlarından 500 nümayəndə iştirak edir.

MESOC-2012 konfransının proqramına piratlıqla mübarizə, axtarış və xilasetmə, sülhməramlı missiyalar, habelə antiterror kimi xüsusi əməliyyat sahələri üzrə brifinqlərin verilməsi daxil edilib.

Mayın 8-dən 10-dək davam edəcək sərgidə isə dünyanın 33 ölkəsindən 302 şirkətin iştirakı təsdiqlənib.

Sərgidə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ziyarətçi qismində iştirak edəcək.

Sərgidə Glock (Avstriya), CBC (Braziliya), Cadex Inc, L-3 Communications, Ultra Electronics TCS (Kanada), Beijing Defense, CETC International, China North Industries Corporation (Çin), Ceska zbrojovka, Euro Security Products, LEMAX (Çexiya), CILAS, COGES, Eurocopter, GICAT, Panhard General Defense, Photonis France, Renk France (Fransa), Heckler & Koch (Almaniya), Aero Sekur SpA, Beretta, SELEX Galileo (İtalya), AVIOCOM Technologies, CLS Jordan, JRESCO, Jordan AMCO, JORAMMO, JLVM, KADDB, NP Composites (İordaniya), CN Romtehnica SA (Rumıniya), Rosoboronexport (Rusiya), Yugoimport-SDPR (Serbiya), Aerodyne Research Manufacturing, ARMSCOR (CAR), VOGO (Koreya), Airbus Military, EADS (İspaniya), Saab AB (İsveç), Omnisec AG, RUAG Ammotec AG (İsveçrə), Cassidian, FLIR Commercial Systems, Magnum, Ten Cate (Niderland), AB Precision, ADS Group, Cobham, General Dynamics UK Limited, Goodrich, Harrington Generators International, Motorola Solutions Ltd, Land Rover, NCTech Ltd, Qioptiq (Böyük Britaniya), Advanced Defense Systems, AM General, Armalite, ATK, BAE Systems, Boeing, Cessna Aircraft Company, Colt Defense, Cubic Defense Applications, Datron World Communications, DRS Technologies, General Dynamics Land Systems – Force Protection, Harris Corporation, iRobot, ITT Exelis, Lockheed Martin, LWRC International, NAMMO, Navistar Defense, Northrop Grumman, Oshkosh Defense, Raytheon, Reconrobotics, Sikorsky Aircraft Corporation, Tactical Medical Solutions (ABŞ) və digər tanınmış şirkətlər ən son texnologiyalarını nümayiş etdirəcəklər.