11/04/2012 12:02

SOFEX-2012 sərgisində 302 şirkət öz texnologiya və xidmətlərini nümayiş etdirəcək

May ayının 7-dən 10-dək İordaniyanın paytaxtı Amman şəhərində keçiriləcək SOFEX-2012 (The Special Operations Forces Exhibition & Conference) beynəlxalq xüsusi təyinatlı əməliyyatlar sərgi və konfransında dünyanın 33 ölkəsindən 302 şirkətin iştirakı təsdiqlənib. Bu barədə AzeriDefence sərginin saytına istinadən məlumat yayıb.

Sərgid Glock (Avstriya), CBC (Braziliya), Cadex Inc, L-3 Communications, Ultra Electronics TCS (Kanada), Beijing Defense, CETC International, China North Industries Corporation (Çin), Ceska zbrojovka, Euro Security Products, LEMAX (Çexiya), CILAS, COGES, Eurocopter, GICAT, Panhard General Defense, Photonis France, Renk France (Fransa), Heckler & Koch (Almaniya), Aero Sekur SpA, Beretta, SELEX Galileo (İtalya), AVIOCOM Technologies, CLS Jordan, JRESCO, Jordan AMCO, JORAMMO, JLVM, KADDB, NP Composites (İordaniya), CN Romtehnica SA (Rumıniya), Rosoboronexport (Rusiya), Yugoimport-SDPR (Serbiya), Aerodyne Research Manufacturing, ARMSCOR (CAR), VOGO (Koreya), Airbus Military, EADS (İspaniya), Saab AB (İsveç), Omnisec AG, RUAG Ammotec AG (İsveçrə), Cassidian, FLIR Commercial Systems, Magnum, Ten Cate (Niderland), AB Precision, ADS Group, Cobham, General Dynamics UK Limited, Goodrich, Harrington Generators International, Motorola Solutions Ltd, Land Rover, NCTech Ltd, Qioptiq (Böyük Britaniya), Advanced Defense Systems, AM General, Armalite, ATK, BAE Systems, Boeing, Cessna Aircraft Company, Colt Defense, Cubic Defense Applications, Datron World Communications, DRS Technologies, General Dynamics Land Systems – Force Protection, Harris Corporation, iRobot, ITT Exelis, Lockheed Martin, LWRC International, NAMMO, Navistar Defense, Northrop Grumman, Oshkosh Defense, Raytheon, Reconrobotics, Sikorsky Aircraft Corporation, Tactical Medical Solutions (ABŞ) və digər tanınmış şirkətlər sərgidə öz stendlərində ən son texnologiyalarını nümayiş etdirəcəklər.

SOFEX-2012 sərgisində Türkiyəni 14 şirkət və Müdafiə Sənayesi Katibliyi təmsil edəcək. Sərgiyə Türkiyədən ASELSAN, A-TEL Telekomunikasyon, BMC, BTT Bilgi Teknoloji Tasarim, EKIN Teknoloji Sanayi ve Ticaret A.Ş, GATE Elektronik, MKEK, MilSOFT Yazilim Teknolojileri, MSI Magazine, Omni International, Sarsılmaz, TİSAŞ, TAİ və Yakupoğlu şirkətləri qatılacaq.