23/06/2018 18:31

“Solo Türk” Bakıya gəlib – FOTO

Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri Bakıya gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Solo Türk” qrupu Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak edəcəl. Parad günü “Solo Türk” Bakı səmasında nümunəvi akrobatik şou göstərəcək.