24/06/2018 12:59

“Solo Türk” təyyarələri Bakı səması üzərində hazırlıq uçuşları keçirir

İyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək hərbi paradda iştirak etmək üçün Bakıya gələn Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupu paytaxt səması üzərində məşqlərə başlayıb.

“AzeriDefence”nin verdiyi məlumata görə, “Solo Türk” təyyarələri hazırda Bakı buxtası və Azadlıq meydanı istiqamətində müxtəlif akrobatik uçuşlar yerinə yetirirlər.