12/03/2015 00:39

SOLOTÜRK Bakı səmasında uçacaq

14 il sonra yenidən Bakı səmasındaTürkiyə Hərbi Hava Qüvvələrinin SOLOTÜRK təyyarəsi Bakı səmasında akrobatik uçuşlar həyata keçirəcək.

Bu barədə “AzeriDefence” SOLOTÜRK-ün saytına istinadən məlumat verib.

SOLOTÜRK-ün tısdiq olunmuş proqramına əsasən, təyyarə və uçuş heyəti nümayiş uçuşu üçün sentyabr ayının 13-də Azərbaycana gələcək.

“AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, SOLOTÜRK heyəti 15 sentyabr Bakının bolşevik-daşnak işğalından azad edilməsinin ildönümü münasibəti ilə paytaxt səmasında uçuşlar reallaşdıracaq.

Qeyd edək ki, SOLOTÜRK Türkiyə Hərbi Hava Qüvvələrinin sahib olduğu modern və yüksək performanslı F-16 təyyarəsinin qabiliyyətlərini və türk pilotlarının bu təyyarədəki bacarıqlarını anlatmaq üçün yaradılıb. Nümayiş uçuşlları tək pilotlu F-16 C Blok-40 təyyarəsi ilə icra olunur. Uçuşlar zamanı təyyarənin hər iki qanad ucuna taxılan tüstü avadanlığı vasitəsi ilə havada ağ rəngli tüstü izi buraxılır.