06/09/2019 16:24

SOM-B2 raketi sınaqdan keçirilib – VİDEO

Türkiyənin TÜBİTAK SAGE institutu tərəfindən yaradılan SOM qanadlı raketinin SOM-B2 variantnın atış sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında qeyd edib.

Bildirilib ki, SOM B2 konfiqurasiyasının ilk atış sınaqları uğurlu keçib. Atış testində raket hədəfi yüksək dəqiqliklə vurub.

SOM B2 modeli düşmənin sığınaçaqlarına qarşı xüsusi döyüş başlığı ilə təchiz olunub. SOM-B1 raketindən fərqli olaraq SOM B2 modeli iki dəlici döyüş başlığından ibarətdir. Raket hədəfə yönəlmədə GPS və inersial naviqasiya sistemindən istifadə edir.

SOM B2 konfiqurasiyasının ağırlığı 650 kq, atış uzaqlığı 250 km-dən çox, döyüş başlığını ağırlığı 230 kq təşkil edir.

Qeyd edək ki, SOM raketlərinin seriyalı istehsalı ROKETSAN şirkəti tərəfindən həyata keçirilir.