31/03/2016 15:42

Son iki gündə cəbhədə 2 erməni əsgəri yaralanıb

Son iki gün ərzində cəbhə xəttində baş verən atışmalarda Ermənistan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannesyan martın 30-da cəbhə xəttində bir hərbi qulluqçunun yaralandığını bildirib. Həmin hərbi qulluqçunun yaralanma şəraiti və kimliyi açıqlanmayıb.

Ermənistan Müdafiə Nazirliyi martın 30-da cəbhə xəttində daha bir hərbi qulluqçunun – 19 yaşlı əsgər David Qriqoryanın yaralandığını da açıqlayıb. O mina partlayışında yaralanıb.

Yaralılarla yanaşı, Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində xidmət edən əsgər Sərkis Manukyan elektrik cərəyanının vurması nəticəsində ölüb.