31/07/2015 21:06

Son T-129 ATAK EDH orduya verildi

Türkiyənin TAİ şirkəti T-129 ATAK layihəsi çərçivəsində sonuncu Erkən Duhul Helikopterini bu gün Silahlı Qüvvələrə təhvil verib.

“AzeriDefence”nin xəbərinə görə, bu gün sonuncu – doqquzuncu T-129 ATAK EDH helikopterinin Türkiyə Silahlı Qüvvələrinə verilməsini istehsalçı şirkətin çalışanları sosial şəbəkədə duyurublar.

Qeyd edək ki, T-129 ATAK EDH-nin Silahlı Qüvvələrə çatdırılmasına 2014-cü ilin aprel ayında başlanıb.