25/06/2019 15:36

Şoyqu MSN-in stendini ziyarət edib – FOTO

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumunda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib.

Bu barədə “AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşı məlumat verib.

“Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumuna gələn müdafiə naziri Sergey Şoyqu və onun rəhbərlik etdiyi nümayəndə heyəti sərgiyə qatılan xarici ölkələrin stendlərini gəzib. Azərbaycan stendinə gələn S. Şoyqunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev qarşılayıb.

Yəhya Musayev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin sərgiyə ilk dəfə qatıldığını bildirib və göstərilən diqqətə görə müdafiə nazirinə təşəkkür edib. Yəhya Musayev bildirib ki, Rusiya və Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. İki ölkə arasında hərbi sənaye kompleksi tarixə malikdir və bu iki ölkə arasındakı münasibətlərdə böyük əhəmiyyət daşıyır.

Daha sonra Yəhya Musayev Azərbaycan istehsalı olan məhsullar barədə də S. Şoyquya məlumat verib.