30/11/2016 18:09

Şoyqu: Rusiya və Azərbaycan Xəzər dənizində təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığı genişləndirəcək

Rusiya və Azərbaycan Xəzər dənizində təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığı genişləndirəcək.

“AzeriDefence”nin Rusiyanın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşündə bildirib.

“Azərbaycan bu gün Xəzərdə təhlükəsizliyin ön mövqeyidir. Burda bizə daha çox effektiv əməkdaşlıq etmək lazımdır”, – deyə Şoyqu deyib.

Şoyqu əminliyini ifadə edib ki, əməkdaşlıq regionda sabitliyə əhəmiyyətli təsir edəcək.

Şoyqu onu da bildirib ki, Azərbaycan Rusiyanın dəstəyi ilə növbəti ildə Ordu beynəlxalq oyunlarının “Xəzərin Kuboku” yarışını keçirməyə hazırdır.