10/04/2013 07:27

Spider-SC1 yüksək manevrli modulyar gözətçi maşını

Plasan Security Systems yüksək manevrliyə malik Spider-SC1 modulyar gözətçi maşınını təqdim edib. “AzeriDefence”nin məlumatına görə, yeni maşın LAAD-2013 sərgisində nümayiş olunur.

4×4 formullu Spider-SC1 zirehlidir və yüksəldilmiş keçicilik qabiliyyətinə malikdir. Maşının içində uzaq müşahidə və izləmə sistemləri, gecə və gündüz görüş sistemləri, rabitə vasitələri qurulub. Maşın sərhədlərin müdafiəsi daxil olmaqla, narkotik və silah qaçaqmalçılığının qarşısının alınması, terrorçularla mübarizə əməliyyatlarında istifadə oluna bilər. Bu maşın öz sinfindən olan analoqları ilə müqayisədə tam muxtar rejimdə, əlavə sistemlərdən asılı olmadan böyük coğrafi rayonlarda təhlükəsizliyi təmin etməyə imkan verir.