06/03/2014 10:07

Sərhəddə “Radiobaryer” sensorlarının tətbiqinə başlanıb – FOTO

Azərbaycanın sərhədlərinin mühafizəsində “Radiobaryer” sensorlarının tətbiqinə başlanıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.Ötən il Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində 17300 metr məsafədə “Radiobaryer” tipli seysmik aşkar etmə qurğusu quraşdırılıb.

Hazırda sərhəd dəstəsində “Radiobaryer” sistemlərinin quraşdırılması tədbirləri davam etdirilir.