04/06/2018 18:45

SSM: Türkiyə EUROSAM-la birlikdə SAMP-T-dən daha təkmil ZRK hazırlayacaq

Türkiyənin milli uzun mənzilli hava hücumundan müdafiə sistemi layihəsi çərçivəsində ASELSAN, ROKETSAN və EUROSAM şirkətlərinin ortaqlığı ilə aparılan işlər davam etdirilir.

“AzeriDefence” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) məlumat yayıb.

Bildirilib ki, müxtəlif alternativlər üzərində işləyən şirkətlər SAMP-T zenit-raket kompleksindən daha təkmilləşmiş bir sistemin yaradılmasına çalışırlar.

Milli uzun mənzilli hava hücumundan müdafiə sisteminin konsepsiya işlərinin 2019-cu ilin sonuna qədər SSM-yə təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin əvvəlində Fransa-İtaliya ortaq şirkəti olan EUROSAM konsorsiumu ilə Türkiyənin ASELSAN və ROKETSAN şirkətləri arasında uzun mənzilli hava hücumundan müdafiə sistemi layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə üzrə üç ölkənin birgə hazırlayacağı raket proqramının 2020-ci illərin ortalarına hazır olması, stels təyyarələr, PUA və raket hücumlarına qarşı müdafiə imkanlarının yüksəldilməsinə dair yanaşmalar yer alıb.