27/05/2018 22:40

SSM: Türkiyə və Azərbaycan müdafiə və müdafiə sənayesi sahələrində layihələrə başlayır – ÖZƏL

Türkiyə və Azərbaycan müdafiə və müdafiə sənayesi sahələrində yaxın perspektivdə bir neçə mühüm layihəni başlamağı planlaşdırır.

Bu barədə KADEX-2018 sərgisində iştirak edən Türkiyənin Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

SSM-də hesab edirlər ki, bu layihələr iki ölkə arasında müdafiə sahəsində əlaqələrin genişləndirilməsinə və yeni mərhələyə keçidinə öz töhvəsini verəcək.

“Bu layihələr arasında bəzi məmulatların birgə istehsalı, Azərbaycan Ordusunun bəlli sistemlərə olan ehtiyaclarının qarşılanması, modernləşdirmə və s. kimi mövzular var. Dövlətlərimizin rəhbərləri qarşımıza bu sahədə bir çox mühüm tapşırıqlar qoyublar. Bunlardan bəziləri artıq başlayıb”, – deyə Katiblikdən bildirilib.

SSM yetkililəri sentyabr ayında Bakıda keçirilməsi planlaşdırılan ADEX-2018 sərgisində Türkiyə müdafiə sənayesinin geniş miqyasda təmsil olunacağını da bildiriblər. Sərgidə Türkiyə ən böyük milli pavilyona sahib olacaq.