10/01/2017 13:53

ST2-nin təqdimatı keçirilib

st2

Çinin NORİNCO şirkəti ixtac üçün hazırladığı ST2 versiyalı tırtıllı zirehli maşının təqdimatını keçirib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən xəbər verib.

Tank Əleyhinə Maşın (Tank Destroying Vehicle/TDV) polad materialda düzəldilib və üzərində 105 mm-lik topla təchiz olunub.

ST2 yüksək partlayış gücünə malik tandem başlıqlı tank əleyhinə mərmilərlə atəş açır. Bu mərmilərin atış mənzili 5 km-dir.

 

Xəbər Lenti