11/08/2012 08:34

“Stalker” PUA-nın batareyaları lazerlə yüklənəcək

Lockheed Martin və LaserMotive şirkəti qidalanması yerüstü lazer qurğudan həyata keçirilən mühərriklə təchiz olunmuş “Stalker” tipli pilotsuz uçuş aparatının sınaqlarını keçirib. Bu barədə “AzeriDefence” LaserMotive şirkətinə istinadən məlumat verib.

Sınaqlar səhra şəraitində keçirilib. Testlərdə istehsalçılar gündüz və gecə vaxtı havada patrul çəkmə üzrə məsələlərin icrası zamanı lazer sistemindən istifadə etməklə “Stalker”in batareyalarının yenidən yükləməsi imkanını nümayiş etdiriblər.