13/01/2015 08:03

STATİSTİKA:Türkiyə ötən il Azərbaycana 77.2 milyon dollar dəyərində müdafiə və aviasiya sənayesi məhsulu ixrac edib

Türkiyənin müdafiə və aviasiya sektorunda fəaliyyət göstərən şirkətləri 2014-cü ildə postsovet respublikaları arasında ən çox Azərbaycana məhsul ixrac ediblər.
“AzeriDefence”nin məlumatına görə, Türkiyə İxracatçılar Məclisinin açıqladığı ilkin hesabatda müdafiə və aviasiya sektorunda ixracla bağlı statistik rəqəmlər yer alıb.

Hesabatda 2014-cü ildə Türkiyənin Azərbaycana 77 milyon 195 min ABŞ dolları dəyərində müdafiə və aviasiya sənayesi məhsulu ixrac etdiyi, ixracat həcmində 2013-cü illə müqayisədə 4,68% artım olduğu qeyd edilib.

Postsovet məkanında Azərbaycandan sonra Türkiyənin ixracında ilk beşlikdə Türkmənistan 48 milyon 387 min dollar (2,94% artım), Rusiya 14 milyon 776 min dollar (0,90% artım), Qazaxıstan 11 milyon 231 min dollar (0,68% artım), Gürcüstan 8 milyon 441 min dollar (0,51% artım) qərarlaşıb.

Bundan başqa, Türkiyə Ukraynaya 6 milyon 310 min dollar (0,38% artım), Qırğızıstana 931 min dollar (0,06% artım), Belarusa 569 min dollar (0,03% artım), Litvaya 541 min dollar (0,03% artım), Latviyaya 248 min dollar (0,02% artım), Moldovaya 151 min dollar (0,01% artım), Özbəkistana 190 min dollar (0,01% artım), Tacikistana 100 min dollar (0,01% artım), Estoniyaya 60 min dollar dəyərində müdafiə və aviasiya sənayesi məhsulu ixracını həyata keçirib.