08/06/2017 11:46

“Stinger” kiçik pilotsuz uçuş aparatlarını vura biləcək

ABŞ-ın “Raytheon” korporasiyası tərəfindən hazırlanan yeni distans döyüş başlığına malik “Stinger” zenit raketini kiçik ölçülü pilotsuz uçuş aparatlarını məhv edəcək.

Bu barədə “AzeriDefence” “Raytheon” şirkətinə istinadən məlumat verib.

Sınaq təlimlərini uğurla başa çatdıran “Stinger” raketinin yeni seriyası hərəkətdə olan iki piltosuz uçuş aparatını tam dəqiqliklə vura bilib.

Raket hədəfə yaxınlaşanda partlayıcı mexanizm işə düşür və raketi partladır. Raket həmçinin kiçik ölçülü obyekt üzərinə düşən zaman da partlaya bilər.

ABŞ istehsalı olan “Stinger”(FIM-92 “Stinger”) daşınan zenit-raket kompleksi aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. Raket kompleksi 1981-ci ildə silahlanmaya qəbul edilib. İstifadəsi sadə və yüngül olan raket kompleksi təxminən 19 dövlətin silahlanmasında yer alır.