08/12/2017 13:08

STM Cənubi Amerikada Türkiyənin milli freqatını təqdim edib

Türkiyənin STM şirkəti MİLGEM (Milli Gəmi) layihəli CF3500 adı verilən freqatın Kolumbiya versiyasının maketini təqdim edib.

STM şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, CF3500 indeksli yeni versiya Kolumbiyada keçirilən “Expodefensa 2017” sərgisində iştiraçılara tanıtdırılıb.

MİLGEM-in yeni versiyası Kolumbiya donanmasının “Plataforma Estratégica de Superficie (PES)” yeni nəsil freqat tenderində rəqabət aparacaq.

STM 3 500 tonluq yeni versiyada Kolumbiya dizaynı və mühəndisliyindən yararlanacaq. Bunun üçün STM “Cotecmar” tersanesi ilə əməkdaşlıq edəcək.

CF3500 daha çox MİLGEM-in “Ada” korvetinin uzun versiyası olaraq diqqət çəkir. STM tenderdə ortaq əməkdalıq edən Fransanın DCNS və İsveçin “Saab-BMT” gəmiqayırma şirkətləri ilə rəqabət aparır.

Tenderdə DCNS 4 000 tonluq “Belharra” freqatı “Saab-BMT” isə “Venator-110” freqatını təklif edir.