24/04/2018 17:16

STM kamikadze-PUA-larını yenilədi

Türkiyənin STM şirkəti “gəzən sursat”larının (kamikadze PUA-larının) imkanlarını yüksəldib.

“AzeriDefence”nin “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ) şirkətinin yerli imkanlar hesabına hazırladığı və seriyalı istehal etdiyi kamikadze PUA-lar təhlükəsizlik qüvvələrinin istəyi ilə yenilənib. Bu sursatlar indiyə qədər döyüş və terrorla mübarizə meydanında aktiv və uğurla istifadə olunub.

İlkin modeldən həm ölçü, həm də döyüş hissəsinin həcminə görə daha böyük olan sabit qanadlı “Alpaqu Blok II” və multikopter tipli “Karğu”, kamikadze PUA-lar hədəfləri daha effekktiv şəkildə zərərsizləşdirmək imkanına sahibdir.

STM şirkətinin baş direktoru Davud Yılmazın sözlərinə görə, yenilənən “gəzən sursat”lar “Alpaqu” və “Karğu” məhvetmə gücü, dəqiqliyi və ən müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməklə yanaşı, həyata keçirilən döyüş əməliyyatlarına dəstək olacaq.

Süni intellekt qabiliyyətinə sahib olan “müstəqil PUA sürüləri” üzərində işlərin davam etdiyini qeyd edən Davud Yılmaz, yaxın zamanda çox sayda PUA qruplarının birgə xidmət fəaliyyətlərini təmin edən layihəni reallaşdıracaqlarını bildirib.

“Alpaqu”, “Alpagu Blok II”, “Karğu” və kəşfiyyat məqsədli “Toqan”dan ibarət olan STM-nin müstəqil PUA-ları, yüksək keyfiyyətli görüntü və süni intellek alqoritmi, keyfiyyıtli kamera sitemləri və müxtəlif tipli partlayıcı seçimləri ilə diqqət cəlb edir.

“Alpaqu Blok II” artırılmış döyüş başlığı və yenilənən hədəf işarələmə sistemləri ilə təhdidləri daha effektiv şəkildə aradan qaldıra bilir. “Alpaqu Blok II”nin digər diqqət çəkən xüsusiyyəti isə maşına və ya yerə bağlı çox saylı buraxıcıdan eyni anda birdən çox atışın həyata keçirilə bilməsidir.

Yenilənən “gəzən sursat”lar (kamikaze PUA-lar), 25-29 aprel tarixlərində Antalyada keçiriləcək “Eurasia Airshow”da ilk dəfə nümayiş etdiriləcək.

Qeyd edək ki, STM tərəfindən istehsal edilmiş kamikadze PUA-lar bu ilin əvvəlində Türk Ordusu tərəfindən “Zeytun budağı” əməliyyatının gedişində Afrində istifadə edilib.

“Karğu” multikopter tipli kamikadze