16/07/2018 19:43

STM “Karğu” kamikadze PUA-nın imkanlarını artırıb

Türkiyənin STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ) şirkətinin istehsalı olan multikopter tipli “Karğu” kamikadze PUA-nın imkanları yüksəldilib.

“AzeriDefence”nin “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, STM şirkətinin yerli imkanlar hesabına hazırladığı və seriyalı istehal etdiyi “Karğu” kamikadze PUA təhlükəsizlik qüvvələrinin istəyi ilə yenilənib. Bu sursatlar indiyə qədər döyüş və terrorla mübarizə meydanında aktiv və uğurla istifadə olunub.

Məhvetmə gücü və döyüş hissəsinin həcmi daha da artırılan “Karğu” kamikadze PUA müxtəlif tapşırıqların öhdəsindən gələ biləcək. Bununla “Karğu” bir-birinə bənzə ünsürlərin yer aldığı qarışıqlıqda belə verilən hədəfi digərlərindən ayırd edib işarələyərək daha effekktiv şəkildə zərərsizləşdirmək imkanına sahib oldu.

“Karğu” dəqiqliyi və ən müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməklə yanaşı, həyata keçirilən döyüş əməliyyatlarına dəstək olacaq.