09/05/2013 19:20

STM ərəb ölkələrinə açılır

Türkiyə müdafiə sənayesinin tanınmış firmalarından olan STM İstanbulda keçirilən İDEF-2013 beynəllxalq müdafiə sərgisi çərçivəsində bu gün beş müqavilə imzalayıb. “AzeriDefence”nin məlumatına görə, STM ilə Bahçeşehir Universiiteti (BAU) arasında imzalanmış müqavilə danışmanlıq məsələləri ilə bağlıdır. BAU Müdafiə Sənayesi Katibliyinin texnologiyaların əldə olunması ilə əlaqədar nəzərdə tutduğu “Dənizaltı Gəmisi ilə Helikopter arasında Güvənli Optik Rabitə Sistemi (DEHEGOPHS) dizayn və istehsalı” layihəsi çərçivəsində dənizaltı gəmisi və helikopter arasında təhlükəsiz optik rabitə sisteminin prototipini dizaynın hazırlayaraq istehsal edəcək. Müqavilə BAU-ya ehtiyac duyulan texnik bilgilərin və sənəd dəstəyinin verilməsi, testlərlə bağlı dəyərləndirmələr və s. əhatə edəcək.

Digər gəmi inşası və dəniz məsələləri sahəsində müxtəlif dəstəkləri ehtiva edəən digər niyyət protokolları isə İstanbul Texnik Universiteti, Yıldız Teknik Universiteti və Pirireis Universiteti arasında imzalanıb.

Sərgi çərçivəsində bu gün həmçinin STM ilə Səudiyyə Ərəbistanının Atheeb Qruppu arasında dəniz mühəndisliyi sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləni Türkiyə tərəfdən STM baş direktoru Rəcəb Barut, Səudiyyə Ərəbistanı tərəfdən isə Atheeb Holdinqin sədri və icraçı direktoru Şahzadə Əbdüləziz Əhməd Bin Əbdüləziz əl-Saud imzalayıb.